Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 15 May 2026 09:24

Qlobal fond bazarlarında əsas indekslər son 24 saatda fərqli istiqamətdə dəyişib.

“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslər üzrə müsbət dinamika müşahidə olunub. Dow Jones indeksi 0,75% artaraq 50 063,46 bəndə yüksəlib. S&P 500 indeksi 0,77% bahalaşaraq 7 501,24 bənd, Nasdaq Composite indeksi isə 0,88% artaraq 26 635,22 bənd təşkil edib. NYSE Composite indeksi 0,56% yüksələrək 23 101,85 bənd olub. S&P/TSX Composite indeksi də 0,67% artaraq 34 268,27 bəndə çatıb.

Avropa fond bazarlarında da əsasən müsbət dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 1,26% artaraq 5 934,96 bəndə yüksəlib. FTSE 100 indeksi 0,46% bahalaşaraq 10 372,93 bənd, DAX indeksi 1,32% artaraq 24 456,26 bənd olub. CAC 40 indeksi 0,93% yüksələrək 8 082,27 bənd, IBEX 35 indeksi isə 0,87% artaraq 17 809,20 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionu fond bazarlarında isə əsas indekslər üzrə əsasən mənfi dinamika müşahidə olunub. Nikkei 225 indeksi 1,73% azalaraq 61 567,46 bəndə düşüb. TOPIX indeksi 0,54% geriləyərək 3 858,21 bənd, Hang Seng indeksi isə 0,87% azalaraq 26 160,03 bənd təşkil edib. CSI 300 indeksi cüzi artımla 4 916,49 bəndə yüksəlib. S&P/ASX 200 indeksi 0,20% azalaraq 8 623,80 bənd olub. Bununla yanaşı, MSCI AC Asia Pacific indeksi 0,59% artaraq 271,88 bəndə çatıb.

İlahə Səlimova fond bazarları qlobal indeks göstəriciləri

Xəbər Lenti