Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 10:14
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.
"APA-Economics" xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda 15 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
***
09.11
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək.
APA xəbər verir ki, bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə əlavə olaraq 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda göndəriləcək.
Emil İsmayılov Ermənistan buğda tranzit Rusiya




