Ötən il Türk Dövlətləri Təşkilatına üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olub

Tarix: 16 May 2026 11:27

Ötən il Türk Dövlətləri Təşkilatına üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olub.

APA xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda deyib.

O bildirib ki, türk dövlətlərində iqtisadi dinamika sürətlə inkişaf edir: “Həmçinin Azərbaycan ikinci dünya müharibəsindən sonra şəhərsalmanın ən unikal nümunəsini yaradıb. Hazırda şəhərsalma trenddir. Proqnozlara görə, 2050-ci ilə qədər 70 faiz insan şəhərlərdə yaşayacaq. Bu yeni çağırışların ortaya çıxması deməkdir. Bu baxımdan, QHT-lərin, Türk Dövlətləri QHT-lərinin qarşısında böyük vəzifə var”.

Günay Elşən Türk Dövlətləri Vüsal Qasımlı

Xəbər Lenti