Bazar ertəsi, 18 May, 2026
Tarix: 18 May 2026 10:29
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu dövr üzrə ixracın həcmi 11 milyard 878.58 milyon dollar, idxalın həcmi isə 5 milyard 524.77 milyon dollara bərabər olub.
Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 6 milyard 353.81 milyon dollar təşkil edib.
İlahə Səlimova xarici ticarət saldo ixrac idxal