Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub - CƏDVƏL

Tarix: 18 May 2026 10:09

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

"APA-Economics" bu barədə "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

Məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümükündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

İlahə Səlimova ADY əlavə reys dəmir yolları Bakı-Ağstafa-Bakı marşrutu dəmiryolu qatar sərnişin

Xəbər Lenti