“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib

Tarix: 18 May 2026 13:40

Dövlət Gömrük Komitəsinin Kollegiyası “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edib.

“APA-Economics” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qərar imzalayıb.

Qərara əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri onlara korrupsiya ilə bağlı təklif edilən qanunsuz üstünlüklər, maddi və qeyri-maddi nemətlər, imtiyaz və güzəştlərlə bağlı məlumatı artıq yalnız bilavasitə rəhbərlərinə deyil, Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalar üzrə məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) təqdim etməlidirlər.

İlahə Səlimova Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi dəyişiklik Şahin Bağırov

Xəbər Lenti