Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Tarix: 20 May 2026 09:18

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,04% azalaraq 4,464.2 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 1,73% azalaraq 73.86 ABŞ dolları təşkil edib.

İlahə Səlimova qızıl gümüş birja COMEX

Mənbə: apa.az

Xəbər Lenti