Azərbaycanda avtomobil yanacağının istehsalı artıb

Azərbaycanda avtomobil yanacağının istehsalı artıb

Tarix: 20 May 2026 10:45

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 1 milyard 950,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarından 81,6 min ton neft koksu, 480,7 min ton avtomobil benzini, 782,9 min ton qazoyl (dizel yanacağı) istehsal olunub. Avtomobil benzini istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 13,6%, qazoyl (dizel yanacağı) istehsalı isə 7,8% artıb.

Bundan əlavə, cari ilin yanvar-aprel aylarında 164,2 min ton ağ neft, 40,2 min ton neft bitumu, 18,1 min ton mazut, 62,2 min ton maye qaz istehsal edilib.

İlahə Səlimova avtomobil yanacağı benzin neft məhsulları mazut dizel qazoyl

Mənbə: apa.az

Xəbər Lenti