Azərbaycanda magistral qaz kəmərləri ilə 14,3 mlrd. kubmetr qaz nəql edilib

Azərbaycanda magistral qaz kəmərləri ilə 14,3 mlrd. kubmetr qaz nəql edilib

Tarix: 20 May 2026 11:05

Bu ilin yanvar-aprel aylarında magistral qaz kəmərləri ilə 14 milyard 287,2 milyon kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.

Hesabat dövründə qazın nəqlinin 52,8%-i və ya 7 milyard 539,3 milyon kubmetri Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

İlahə Səlimova qaz nəqli qaz magistral qaz kəmərləri Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri

Mənbə: apa.az

Xəbər Lenti