Azərbaycan nefti 112 dollar səviyyəsində ticarət olunur

Azərbaycan nefti 112 dollar səviyyəsində ticarət olunur

Tarix: 21 May 2026 08:31

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4.98 ABŞ dolları və ya 4,2% azalaraq 112.32 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 117.3 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

İlahə Səlimova Azərbaycan nefti birja "Azeri Light" markalı neft

Mənbə: apa.az

Xəbər Lenti