Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxub

Tarix: 01 Dec 2023 14:02

Elektron Təhlükəsizlik Xidməti tərəfindən son 3 ayda ümumi ölkə üzrə aparılmış araşdırmalar nəticəsində 137 000-ə yaxın IP ünvanın zərərli proqramlarla yoluxdurulduğu və zərərverici fəaliyyətlə məşğul olduğu aşkar olub.

"APA-Economics"in Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbərinə görə, bu IP ünvanlar vasitəsilə müxtəlif ölkələrə və internet istifadəçilərinə qarşı kiberhücumlar və zərərverici fəaliyyətlər həyata keçirilib.

Xəbər Lenti