Əli Əhmədov: Azərbaycan gələn il Dayanıqlı İnkişaf Məqsədləri üzrə 4-cü milli hesabatını təqdim edəcək

Tarix: 15 Nov 2023 10:56

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini özünün prioriteti hesab edir.

“APA-Economics” xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan üç dəfə DİM üzrə könüllü milli hesabatını BMT-nin müqafiq qurumlarına təqdim edib.

“2024-cü ildə 4-cü könüllü milli hesabat təqdim ediləcək və bu sahədə Azərbaycan kimi fəaliyyət göstərən ölkələr çox deyil. Bu da o deməkdir ki, Azərbaycan hökuməti qlobal layihənin həyata keçirilməsini özü üçün mühüm hesab edir” - Əli Əhmədov əlavə edib.

Xəbər Lenti