Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Tarix: 01 Jun 2026 09:17

Türkiyənin İzmir şəhərinin Buca Bələdiyyəsində rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə əməliyyat keçirilib.

TRT Haber xəbər verir ki, əməliyyat çərçivəsində Buca Bələdiyyəsinin sədri Gorkem Duman və bir sıra digər şübhəlilər saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Türkiyə İzmir bələdiyyə sədri

Mənbə: apa.az

Xəbər Lenti