Cümə, 17 İyul, 2026
Tarix: 01 Jun 2026 11:50
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi səhər saatlarında ABŞ ordusunun Hörmüzqan əyalətinin Sirik adasında telekommunikasiya qülləsinə hücum etdiyini açıqlayıb. APA-nın Tehran bürosunun xəbərinə görə, məlumata əsasən, bundan sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri hücumun edildiyi hava bazasını hədəf alıb və müəyyən edilən hədəflər vurulub. SEPAH hücum təkrarlanacağı təqdirdə, cavabın tamamilə "fərqli olacağı" barədə xəbərdarlıq edib və bunun məsuliyyətinin ABŞ-ın üzərində olduğunu bildirib. Qeyd edək ki, açıqlamada hücumun vaxtı və nəticələri ilə bağlı əlavə detallara yer verilməyib.
Haşim Rahimi SEPAH Sərik adasına hücum ABŞ hava bazasıMənbə: apa.az