Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 16:20
Dünən gecə İranın ABŞ-ın Küveytdəki hərbi bazasına doğru atdığı iki ballistik raket zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, atılan raketlər havada vurulub və heç bir ABŞ hərbçisi xəsarət almayıb.
Məlumatda deyilir ki, “Mərkəzi Komandanlıq ayıq-sayıqdır və qüvvədə olan atəşkəsi dəstəkləyərək, ABŞ hərbçilərini İran təcavüzündən qorumağa davam edəcək”.
Qeyd edək ki, bundan əvvəl ABŞ İranın bəzi bölgələrində yerləşən kommunikasiya mərkəzlərinə zərbələr endirib.
Toğrul Quluzadə CENTCOM ABŞ Mərkəzi Komandanlığı İranMənbə: apa.az