KİV: “Hizbullah”ın İsraillə dərhal atəşkəsə hazır olduğu ABŞ-a çatdırılıb

KİV: “Hizbullah”ın İsraillə dərhal atəşkəsə hazır olduğu ABŞ-a çatdırılıb

Tarix: 01 Jun 2026 21:28

Livan parlamentinin sədri Nəbih Berri ABŞ administrasiyasına “Hizbullah”ın İsraillə tam və dərhal atəşkəsə hazır olduğunu bildirib.

"Axios"un məlumatına görə, bunu Berrinin müşaviri Əli Həmdan açıqlayıb.

Onun sözlərinə görə, mayın 31-də ABŞ-ın Beyrutdakı səfiri Maykl İssa ilə telefon danışığında “Hizbullah”ın hərtərəfli atəşkəs öhdəliyini qəbul etməyə hazır olduğu və bu razılaşmaya zəmanət veriləcəyi Vaşinqtonun diqqətinə çatdırılıb.

Həmdan bildirib ki, ABŞ tərəfi həftəsonu yalnız qismən atəşkəs variantını təklif edib. Həmin plana əsasən, “Hizbullah” İsrailin şimalına zərbələri dayandırmalı, İsrail isə Beyruta hücum etməməli idi.

Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri Baş nazir Benyamin Netanyahunun tam atəşkəsə razılıq verməsinin çətin olduğunu düşünür.

Livan Hizbullah İsrail ABŞ atəşkəs

Mənbə: apa.az

Xəbər Lenti