İsveç yeni Arktika strategiyasını təqdim edib

İsveç yeni Arktika strategiyasını təqdim edib

Tarix: 01 Jun 2026 22:03

İsveç hökuməti ölkənin yeni Arktika strategiyasını təqdim edib.

APA xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin yaydığı məlumata görə, xarici işlər naziri Mariya Malmer Stenerqard strategiyanın İkinci Dünya müharibəsindən bəri İsveç üçün ən ciddi təhlükəsizlik vəziyyətini əks etdirdiyini bildirib.

Nazirin sözlərinə görə, Arktika məsələsi həm xarici, həm də daxili siyasət baxımından ölkə üçün xüsusi əhəmiyyət daşıyır.

Yeni sənəd bölgəyə beynəlxalq marağın artmasını və İsveçin Arktik dövlət kimi məsuliyyətinin genişlənməsini nəzərə alır.

İsveç Arktika təhlükəsizlik Mariya Stenerqard

Mənbə: apa.az

Xəbər Lenti