Livan “Hizbullah”ın atəşi dayandırması üçün şərti açıqlayıb

Livan “Hizbullah”ın atəşi dayandırması üçün şərti açıqlayıb

Tarix: 02 Jun 2026 03:46

Livan hakimiyyəti “Hizbullah”ın İsrailin şimal bölgələrinə hücumları dayandırmağa razı olduğunu bildirib.

APA-nın məlumatına görə, Livanın ABŞ-dakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub ki, bu razılıq İsrailin Beyrutun cənub ətraflarına zərbə endirməməsi qarşılığında əldə olunub.

Məlumata görə, əldə olunan razılaşma Livanın bütün ərazisində qüvvədə olacaq.

Livan Hizbullah İsrail atəşkəs Beyrut

Mənbə: apa.az

Xəbər Lenti