Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Tarix: 02 Jun 2026 17:28

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib ki, iyunun ortalarında İranın sabiq Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır.

O bildirib ki, Tehranda keçiriləcək vida mərasiminin bir gün davam edəcəyi gözlənilir, bundan sonra Xameneinin nəşi Qum şəhərinə, daha sonra isə Məşhədə aparılacaq.

Sədr müavini Tehranda vida mərasimində 15-20 milyon insanın iştirak edəcəyinin gözlənildiyini vurğulayıb.

Məhəmmədəmin Tovəkkolizadə qeyd edib ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞİsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Haşim Rahimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei vida mərasimi

Mənbə: apa.az

Xəbər Lenti