“Fars”: İranla ABŞ arasında mesaj mübadiləsi dayandırılıb

“Fars”: İranla ABŞ arasında mesaj mübadiləsi dayandırılıb

Tarix: 02 Jun 2026 18:47

İranla ABŞ arasında ilkin memorandum layihəsinə dair mesaj mübadiləsi dayandırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ Prezidenti ötən gecə danışıqların yüksək sürətlə davam etdiyini iddia etsə də, İranın Vaşinqtona son mesajı Livanla bağlı açıq mövqe daşıyıb və artıq bir neçə gündür mesaj mübadiləsi dayandırılıb.

Qeyd edək ki, İran bir gün əvvəl İsrailin Beyruta hücumunu atəşkəsin pozulması kimi qiymətləndirəcəyini və buna cavab verəcəyini bəyan edib.

Haşim Rahimi İran-ABŞ danışıqları atəşkəs

Mənbə: apa.az

Xəbər Lenti