Çərşənbə, 3 İyun, 2026
Tarix: 03 Jun 2026 18:19
Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ölkənin cənub-qərbində qəzaya uğrayıb, nəticədə üç hərbçi həlak olub.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün Devon qraflığının Sourton kəndi yaxınlığında keçirilən təlim uçuşu zamanı baş verib.
Qəzanın səbəbi açıqlanmayıb.
İlqar Xudiyev Böyük Britaniya hərbi helikopterin qəzasıMənbə: apa.az