Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 15:26
İran ordusunun İsrailə qarşı hərbi əməliyyatları başa çatıb.
APA xəbər verir ki, bu barədə İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı bəyanat yayıb.
Bəyanatda, İsrailə “ağrılı” tərzdə cavab verildiyi və əməliyyatın sonlandırıldığı bildirilib.
Xəbərdarlıq edilib ki, İsrail İrana və Livanın cənubuna hücumlara davam etsə, İran Silahlı Qüvvələrinin cavabı daha şiddətli olacaq.
Toğrul QuluzadəMənbə: apa.az