Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 15:08
Moskva məhkəməsi “Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini (Rusiyada xarici agentlərin reyestrinə daxil edilib-red.) Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilib.
APA-nın Moskva bürosu xəbər verir ki, hakim iki maddə üzrə təqsirli bilinən Xodorkovskini 10 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edib.
Xodorkovskiyə qarşı hərbi “feyk”lərlə bağlı cinayət işi 2023-cü ilin sentyabrında açılıb. Buna “X” sosial şəbəkəsində 9 sentyabr 2022-ci il tarixli paylaşım və onun “YouTube” kanalında 9 iyul 2024-cü il tarixində yerləşdirilmiş video səbəb olub.
Fərid Əkbərov Mixail Xodorkovski Moskva məhkəməsiMənbə: apa.az