Filippində güclü zəlzələdə ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB-1

Filippində güclü zəlzələdə ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB-1

Tarix: 08 Jun 2026 18:36

Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.

APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib.

***

12:40

Filippinin cənubunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib.

Məlumata görə, 200-dən çox yaralı var, daha 7 nəfər itkin düşmüş hesab olunur.

*** 10:22

Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.

“Associated Press” Filippin rəsmilərə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb.

Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.

Filippin zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti