Çərşənbə axşamı, 9 İyun, 2026
Tarix: 08 Jun 2026 23:38
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıblar.
APA xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən öz “X” hesabında məlumat verib.
"Zelenski bazar ertəsi günü Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığı aparıb", - o yazıb.
Jurnalist söhbətin təfərrüatlarını açıqlamayıb.
Uitkoff Zelenski Kuşner ABŞ UkraynaMənbə: apa.az