Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq

Tarix: 09 Jun 2026 06:25

ABŞ, İsrailin məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq, İranla, o cümlədən nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə nail olacaq.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”-a açıqlaması zamanı deyib.

"İranın nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşma əldə edə bilərik. İsrail bunu bəyənə də, bəyənməyə də bilər. Amma biz əsasən inanırıq ki, bu, ABŞ-ın maraqlarına uyğundur. Buna görə də biz bunu davam etdirəcəyik", - o deyib.

ABŞ İsrail Vens

Mənbə: apa.az

Xəbər Lenti