Tramp ədliyyə naziri postuna Baş prokuror Blanşın namizədliyini irəli sürüb

Tramp ədliyyə naziri postuna Baş prokuror Blanşın namizədliyini irəli sürüb

Tarix: 09 Jun 2026 07:18

ABŞ Prezidenti Donald Tramp Baş prokuror və ədliyyə naziri vəzifəsini icra edən Todd Blanşın ədliyyə naziri postuna namizədliyini Senata təqdim edib.

APA xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib.

Blanş ABŞ ədliyyə naziri postuna təyin edilmək üçün əvvəlcə Senatın Məhkəmə Komitəsi, daha sonra isə Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.

Qeyd eədk ki, Tramp, Pem Bondinin ədliyyə naziri postundan istefasını təsdiqlədikdən sonra 2 aprel tarixində vəzifənin icrasını Baş prokuror Blanşa tapşırıb.

Senat Tramp ABŞ ədliyyə naziri

Mənbə: apa.az

Xəbər Lenti