Moskva vilayətində avtomobil partlayıb, sürücü ölüb - VİDEO

Moskva vilayətində avtomobil partlayıb, sürücü ölüb - VİDEO

Tarix: 09 Jun 2026 10:32

Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.

Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.

Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Fərid Əkbərov Moskva vilayəti Balaşixa şəhəri avtomobil

Mənbə: apa.az

Xəbər Lenti