Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

Tarix: 09 Jun 2026 19:05

Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.

APA xəbər verir ki, bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müvəqqəti olaraq Tehrandan Bakıya köçürülmüş səfirlik iyunun 7-də Tehrandakı fəaliyyətini bərpa edib.

Azərbaycana Niderlandın İrandakı səfirliyinə dəstək göstərdiyinə görə minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, bundan əvvəl Niderlandın Tehrandakı səfirliyi ABŞ-İran müharibəsi zamanı təhlükəsizlik səbəbilə İrandan köçürülərək işinə Bakıda davam edib.

Toğrul Quluzadə Niderland səfirlik İran

Mənbə: apa.az

Xəbər Lenti