Çərşənbə, 10 İyun, 2026
Tarix: 09 Jun 2026 23:09
Filippinin cənubunda baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib.
Bu barədə "GMA News" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 470-dən çox insan yaralanıb, daha 4 nəfər itkin düşmüş hesab olunur.
Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adasında təxminən 1 900 bina zədələnib. Onların arasında məktəblər, xəstəxanalar və yaşayış evləri də var.
Təxminən 1 500 tikili tamamilə dağılıb.
General-Santos şəhərində fövqəladə vəziyyət elan olunub.
Zəlzələnin nəticələri regionda 145 mindən çox sakinə təsir göstərib.
*** 08.06.2026 18:36 Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.
APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib.
***
12:40
Filippinin cənubunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.
APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib.
Məlumata görə, 200-dən çox yaralı var, daha 7 nəfər itkin düşmüş hesab olunur.
*** 10:22
Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.
“Associated Press” Filippin rəsmilərə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb.
Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.
Filippin zəlzələMənbə: apa.az