CNN: ABŞ ümid edir ki, İrana endirilən yeni zərbələr danışıqları pozmayacaq

CNN: ABŞ ümid edir ki, İrana endirilən yeni zərbələr danışıqları pozmayacaq

Tarix: 10 Jun 2026 04:56

ABŞ administrasiyası İrana endirilən son zərbələri Tehrana xəbərdarlıq kimi qiymətləndirir və hesab edir ki, bu addım tərəflər arasında danışıqlar prosesinə mane olmayacaq.

Bu barədə CNN telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqton yeni hücumların İran üçün “xəbərdarlıq atəşi” rolunu oynayacağını düşünür.

ABŞ tərəfi hesab edir ki, həyata keçirilən zərbələr İslam Respublikası ilə münaqişənin nizamlanmasına dair aparılan danışıqlara mənfi təsir göstərməyəcək.

CNN-in həmsöhbəti əlavə edib ki, Vaşinqton diplomatik prosesin davam etdirilməsində maraqlıdır və son hadisələrin danışıqların gələcəyinə maneə yaratmayacağına ümid edir.

ABŞ İran CNN Vaşinqton

Mənbə: apa.az

Xəbər Lenti