Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 08:37
Litva Silahlı Qüvvələr üçün 1 milyard avro dəyərində hərbi nəqliyyat vasitələri almağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Veho Lietuva” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, ordu üçün MB G-Class yolsuzluq avtomobilləri, MB Unimog, MB Zetros və MB Arocs markalı yük maşınları alınacaq.
Texnikanın tədarükünə 2026-cı ildə başlanacaq, müqavilənin icrasının 2032-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Müdafiə Nazirliyi qeyd edib ki, bu layihə hərbi logistika sahəsində ən böyük investisiyalardan biri olacaq.
“Yeni texnika milli motoatıcı diviziyanın formalaşdırılması prosesində şəxsi heyətin, silahların və ehtiyat hissələrinin səmərəli daşınmasını təmin edəcək”, - deyə nazirlik bildirib.
Litva Müdafiə Nazirliyi hərbi texnika
Mənbə: apa.az