Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 10:44
İranın ABŞ bazalarına hücumlarının 70%-i uğurlu olub.
“Fars”a danışan məlumatlı mənbənin sözlərinə görə, peyk görüntüləri və İranın xarici kəşfiyyat xidmətinin verdiyi məlumat ötən gecə ABŞ-ın regiondakı bazalarına atılan ballistik raketlər və dronların əksəriyyətinin müvəffəqiyyətlə hədəfə dəydiyini göstərir.
Qeyd edək ki, ötən gecə ABŞ Hörmüz boğazında hərbi helikopterinin vurulmasına cavab olaraq İranda bir sıra hədəflərə zərbə endirib.
İran isə buna cavab olaraq İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına hücum edib.
Toğrul Quluzadə İran ABŞ raket və dron hücumlarıMənbə: apa.az