Pakistan Əfqanıstanla sərhəddə 26 terrorçunu zərərsizləşdirib

Pakistan Əfqanıstanla sərhəddə 26 terrorçunu zərərsizləşdirib

Tarix: 10 Jun 2026 12:27

Pakistan ordusu Əfqanıstanla sərhəddə əməliyyat zamanı 26 terrorçunu zərərsizləşdirib.

“Geo TV” xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar bildirib.

Onun sözlərinə görə, Pakistanda baş verən son terror hadisələrinin təşkilatçılarının gizlənmə və təlim yerləri, eləcə də silah-sursat anbarları dəqiq zərbələrlə hədəf alınıb.

Qeyd edək ki, bundan əvvəl Taliban hökuməti Pakistanın hücumlarında Əfqanıstanda 13 mülki şəxsin öldüyünü, daha 14 nəfərin isə yaralandığını açıqlayıb.

Toğrul Quluzadə Pakistan Əfqanıstan

Mənbə: apa.az

Xəbər Lenti