Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 13:38
Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə ölkədə Ukraynanın 4 "Flamingo FP-5" qanadlı raketini vurub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, ötən gecə Rusiyanın regionları üzərində 14 idarəolunan aviasiya bombası və 766 kamikadze PUA-sı vurulub.
Rusiya MN Ukraynanın hərbi dəniz bazasının vurulduğunu da açıqlayıb.
Qeyd edilib ki, Argentina istehsalı olan CR-30 reaktiv yaylım atəş sistemi ilk dəfə “xüsusi hərbi əməliyyat” zonasında məhv edilib.
“Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan sursat və yanacaq anbarlarına, nəqliyyat və enerji infrastrukturu obyektlərinə, PUA-ların saxlanması, hazırlanması və buraxılması yerlərinə zərbələr endirilib. Gün ərzində Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə 1,4 minə yaxın hərbi qulluqçusunu itirib”, - Rusiya MN-in məlumatında qeyd olunub.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu gün "Flamingo" qanadlı raketi ilə Rusiyanın Çuvaşiya Respublikasının Çeboksarı şəhərində hərbi zavoda və Samaradakı Kuybışev Neft Emalı Zavoduna zərbə endirib.
Fərid ƏkbərovMənbə: apa.az