Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 01:13
15-17 iyun tarixlərində Fransanın cənub-şərqindəki Evian şəhərində keçiriləcək G7 sammitində Yaxın Şərqin dörd ölkəsindən, eləcə də Asiya, Afrika və Cənubi Amerika ölkələrindən nümayəndələr iştirak edəcəklər.
APA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
G7 liderləri 16 iyunda Hörmüz boğazında gəmiçilik və İranın nüvə və raket proqramları ilə bağlı vəziyyətə, eləcə də ABŞ-İsrail müharibəsinin İrana qarşı digər ölkələrin iqtisadiyyatına təsirinə həsr olunmuş işçi görüş keçirəcəklər.
"Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də bu görüşə qoşulacaqlar", - Makron deyib.
Fransa Makron G7Mənbə: apa.az