ABŞ və İran razılaşması bu gün imzalana bilər

ABŞ və İran razılaşması bu gün imzalana bilər

Tarix: 14 Jun 2026 09:12

ABŞ və Pakistan liderləri ABŞ-la İran arasında döyüşlərin dayandırılması üçün uzun müddətdir gözlənilən çərçivə sazişinin bazar günü imzalana biləcəyini bildiriblər.

Reuters-in məlumatına görə, Tehran imza vaxtı ilə bağlı hələ də dəqiq saat bildirməyib. İranda sərt xətt tərəfdarları isə razılaşmanın şərtlərinə etiraz ediblər.

Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şənbə günü sosial şəbəkədə İranla sazişin ertəsi gün, yəni onun 80 illik yubileyi günündə imzalanmasının planlaşdırıldığını yazıb. Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin sülh sazişi üzrə çərçivə razılaşmasına gəldiyini və İslamabadın bazar günü elektron imzalanmaya hazırlaşdığını bildirib. Bundan sonra gələn həftə texniki səviyyədə danışıqların keçiriləcəyi gözlənilir.

Amma İran bazar günü imzalanmanı təsdiqləməyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Trampın paylaşımından əvvəl imza vaxtı ilə bağlı açıqlama verməyə tələsməməyə çağırıb. Məlumata görə, ABŞ və İran son iki gün ərzində razılaşmaya doğru hərəkət etsə də, qarşıdurmalar davam edib. Eyni zamanda qeyd edilir ki, təklif olunan anlaşma memorandumu Hörmüz boğazının yenidən açılmasını və ABŞ-ın dəniz blokadasının ləğvini nəzərdə tutur. İranın nüvə proqramı üzrə danışıqlar isə daha sonra keçiriləcək.

ABŞ İran Donald Tramp Şahbaz Şərif Hörmüz boğazı Reuters İran-ABŞ razılaşması sülh sazişi Tehran Vaşinqton Pakistan Abbas Əraqçi İsmayıl Bəqayi Fars agentliyi nüvə proqramı dondurulmuş aktivlər neft sanksiyaları Yaxın Şərq G7 Hizbullah İsrail

Mənbə: apa.az

Xəbər Lenti