Tramp: İranla müqavilə artıq uğurla başa çatdı və hər kəsi təbrik edirəm - YENİLƏNİB

Tramp: İranla müqavilə artıq uğurla başa çatdı və hər kəsi təbrik edirəm - YENİLƏNİB

Tarix: 15 Jun 2026 01:39

“İranla müqavilə bağlandı və mən bununla Hörmüz boğazının ödənişsiz açılmasına və ABŞ-ın dəniz blokadasının dərhal qaldırılmasına icazə verirəm”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“İran İslam Respublikası ilə müqavilə artıq uğurla başa çatdı və hər kəsi təbrik edirəm”, - Tramp əlavə edib.

***

01:29

“Tezliklə ABŞ-ın İranla müqavilə ilə bağlı razılığını təsdiqləyən bir bəyanat verəcəyəm. Müqavilə elektron şəkildə ya mənim, ya da vitse-prezident Vens tərəfindən imzalanacaq

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Wall Street Journal”a açıqlaması zamanı deyib.

O bildirib ki, müqaviləyə İranın nüvə silahı əldə etməmək barədə razılığı və Hörmüz boğazının dərhal yenidən açılması daxil olacaq.

“İran hələ müqavilə ilə bağlı razılığını təsdiqləməyib. Hazır olduqda nüvə materiallarını alacağıq və bu, bir-iki ay ərzində baş verəcək. Mən zərbələrə son qoymaq istəyirəm və iranlılar da müharibəyə son qoymaq istəyirlər. Mən heç vaxt İranda hakimiyyət dəyişikliyi ilə maraqlanmamışam və hazırda ən rasional olan üçüncü qrupla məşğuluq. İran müqavilə çərçivəsində heç bir pul almayacaq, lakin sanksiyalar çox güman ki, qaldırılacaq və onların necə reaksiya verəcəyini görəcəyik. İrana tətbiq edilən dəniz blokadası uğurludur və zərbələrdən daha təsirli olur”, - Tramp əlavə edib.

Mənbə: apa.az

Xəbər Lenti