Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub - YENİLƏNİB

Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub - YENİLƏNİB

Tarix: 15 Jun 2026 11:23

Rusiya silahlı qüvvələri ötən gecə təkcə Kiyevə 60 raket atıb.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumunun nəticələrini şərh edərkən deyib ki, paytaxta endirilən zərbələr nəticəsində 28 nəfər yaralanıb, 4 nəfər ölüb.

Onun sözlərinə görə, Rusiyanın Kiyevə hücumu nəticəsində tarixi XI əsrə gedib çıxan Uspenski kafedralı yanıb. Fövqəladə Hallar Xidməti tıərəfindən yanğın artıq söndürülüb.

***

03.05

Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub.

APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə qüvvələri aktiv fəaliyyət göstərir.

İntensiv hava hücumları nəticəsində şəhərin bəzi yerlərində yanğın baş verib, dağıntılar var.

Kliçko paytaxtın şimal hissəsində elektrik xətlərinin zədələndiyini və 140 min abonentin elektrik enerjisiz qaldığını deyib.

Raket hücumu nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

İnsanlara sığınacaqlarda qalmaq tövsiyə olunur.

Ukrayna Kiyev

Mənbə: apa.az

Xəbər Lenti