Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 12:42
İspaniyada iyun ayında yüksək temperaturun təsiri nəticəsində 1029 əlavə ölüm halı qeydə alınıb.
"Reuters" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin gündəlik ölüm monitorinqi sistemi məlumat yayıb.
Məlumata görə, bu, 2015-ci ildən bəri iyun ayında istilərlə əlaqələndirilən ən yüksək ölüm göstəricisidir.
İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) bildirib ki, ötən ay ölkədə orta temperatur iqlim normasını 3,2 dərəcə Selsi üstələyib. Bununla da builki iyun ayı 2025-ci ildən sonra müşahidələr tarixində ikinci ən isti iyun olub.
İlqar Xudiyev İspaniya isti havadan ölüm hallarıMənbə: apa.az