Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 14:39
Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskvanın TRIPP-də iştirakının layihəyə fayda verəcəyi barədə fikirlərinə münasibət bildirib.
“Newsarmenia”nın xəbərinə görə, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib ki, hazırda TRIPP Ermənistan–ABŞ formatında həyata keçirilir, saziş imzalanıb və icra mərhələsindədir.
“Mən hazırda gələcəklə bağlı hər hansı fikir bildirmək istəməzdim”, - nazir müavini Rəsmi İrəvan üçün Moskvanın TRIPP-də hər hansı formatda iştirakının məqbul olub-olmaması və ya bunun gələcəkdə müzakirə edilə biləcəyi ilə bağlı suala cavabında qeyd edib.
Safaryan əlavə edib ki, hazırda Ermənistan Respublikası Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ-nin normaları ilə tənzimlənir.
İlqar Xudiyev Ermənistan TRIPP-də Rusiyanın iştirakı ABŞ AİİMənbə: apa.az