Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 13:55
Rusiya ordusu Ukraynanın "Neptun" qanadlı raketləri üçün mühərrik istehsal edən zavoda və saxlama yerinə zərbələr endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki Rusiya zərbələri zamanı Ukraynanın yanacaq, enerji və nəqliyyat infrastrukturunun obyektləri, yanacaq anbarları, logistika mərkəzi, dron təlim və buraxılış məntəqələri də hədəfə alınıb.
"Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna tərəfinin 602 dronunu və 7 idarə olunan avrasiya bombasını vurub. Qara Dəniz Donanması Mərkəzi Qara dənizdə iki Ukrayna pilotsuz qayığını məhv edib. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində təmas xətti boyunca 1430-a qədər əsgər itirib", - Rusiya MN-nin məlumatında qeyd olunub.
Fərid ƏkbərovMənbə: apa.az