NATO-nun yeni təhlükəsizlik konsepsiyası Ankarada müzakirə olunacaq

NATO-nun yeni təhlükəsizlik konsepsiyası Ankarada müzakirə olunacaq

Tarix: 01 Jul 2026 15:44

NATO-nun yeni təhlükəsizlik konsepsiyası Ankarada müzakirə olunacaq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ankarada keçiriləcək NATO zirvəsində əvvəlki sammitlərdə qəbul edilən qərarların icrası, alyansın yeni təhlükəsizlik konsepsiyası və s. məsələlər əsas müzakirə mövzuları olacaq.

Nazirin sözlərinə görə, “NATO 3.0” yanaşması, Avropanın şərqindəki müharibə və qeyri-sabitlik fonunda alyansın perspektivləri, eləcə də mövcud və potensial təhdidlər nəzərdən keçiriləcək.

Fidan vurğulayıb ki, tədbirin Türkiyədə keçirilməsi ölkənin NATO daxilindəki strateji rolunu bir daha təsdiqləyir.

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti