İspaniyada avtobus binaya çırpılıb, 46 nəfər xəsarət alıb

İspaniyada avtobus binaya çırpılıb, 46 nəfər xəsarət alıb

Tarix: 01 Jul 2026 15:32

İspaniyanın Kataloniya bölgəsindəki Leyda şəhərində sərnişin avtobusu binaya çırpılıb, qəza nəticəsində 46 nəfər xəsarət alıb.

“El Pais”in xəbərinə görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti ağır, 9-nün vəziyyəti isə orta ağırdır.

Hələlik məlum olmayan səbəbdən içərisində 55 sərnişinin olduğu avtobus şəhər mərkəzində Leyda Əyalət binasının fasadına çırpılıb.

Mer Feliks Larrosa bildirib ki, bu, Leyda şəhərində baş vermiş ən ağır yol qəzasıdır.

Onun sözlərinə görə, avtobus şəhərlərarası marşrut üzrə hərəkət edib.

İlqar Xudiyev İspaniya avtobous qəzası

Mənbə: apa.az

Xəbər Lenti