Əraqçi İsrail müdafiə nazirinə xəbərdarlıq edib: İstənilən təhdidə güclü cavab veriləcək

Əraqçi İsrail müdafiə nazirinə xəbərdarlıq edib: İstənilən təhdidə güclü cavab veriləcək

Tarix: 01 Jul 2026 15:51

İran xalqına və rəhbərliyinə qarşı hər hansı bir təhdid dərhal güclü cavabla üzləşəcək.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də İsrailin müdafiə naziri İsrael Katzın hədələrinə cavab olaraq bildirib.

O qeyd edib ki, ABŞ və İran arasında imzalanan İslamabad memorandumunda hər şey aydın şəkildə yazılıb və bu ictimaiyyətə açıqdır.

Əraqçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İsrailin hərəkətlərini idarə etməyi Vaşinqton üçün bir öhdəlik kimi üzərinə götürüb.

Toğrul Quluzadə İran Əraqçi Katz

Mənbə: apa.az

Xəbər Lenti