Rusiya Odessa, Xerson və Xarkova zərbə endirib, ölənlər və yaralananlar var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirib, ölənlər və yaralananlar var

Tarix: 01 Jul 2026 17:46

Rusiyanın Odessa vilayətinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyaları məlumat yayıb.

Bundan başqa, Xersonda marşrut avtobusuna endirilən zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb, onlardan biri ölüb. Həmçinin Rusiya ordusunun şəhərə növbəti hücumu zamanı daha 2 nəfər yaralanıb.

Xarkovda isə Rusiya ordusunun atdığı mərmilərdən biri fərdi yaşayış evinə düşüb. Şəhər meri bildirib ki, hadisə nəticəsində, 1-i yeniyetmə olmaqla, 6 nəfər xəsarət alıb.

İlqar Xudiyev Rusiya Ukrayna Odessa Xarkov Xerson

Mənbə: apa.az

Xəbər Lenti