Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 16:55
Vaşinqtonla Tehran arasında danışıqlar yaxşı gedir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“İranın nüvəsizləşdirilməsi prosesi yaxşı irəliləyir. Onların çox yaxşı görüşləri olub. Biz üç gecə ərzində onlara çox ağır zərbələr endirdik, amma indi münasibətlərimiz çox yaxşıdır”, – ABŞ Prezidenti deyib.
Tramp jurnalistlərin İrana qarşı hərbi əməliyyatların yenidən başlanılması ehtimalı ilə bağlı sualını təsdiqləməyib.
İlqar Xudiyev Tramp ABŞ-İran danışıqları
Mənbə: apa.az