Cümə axşamı, 2 İyul, 2026
Tarix: 01 Jul 2026 23:08
ABŞ Kanada, Meksika və ABŞ arasında imzalanmış USMCA ticarət sazişinin müddətini uzatmamaq qərarına gəlib.
Bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, sazişlə bağlı həllini gözləyən mühüm məsələlər var və bu səbəbdən hazırkı formada sənədin uzadılmasına hazır deyil.
Qrir qeyd edib ki, mövcud balanssızlıqların aradan qaldırılması üçün sazişə bir sıra dəyişikliklər edilməlidir. ABŞ sazişi uzatmaq əvəzinə onun müddəalarını hər il yenidən nəzərdən keçirməyi planlaşdırır.
ABŞ Meksika Kanada
Mənbə: apa.az