ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda irəliləyiş əldə olunub

ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda irəliləyiş əldə olunub

Tarix: 02 Jul 2026 01:37

Qətər və Pakistan vasitəçilərinin ABŞ və İran nümayəndələri ilə Dohada keçirdiyi dolayı danışıqlarda müsbət irəliləyiş əldə olunub.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər və İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə, həmçinin Lüsern sammitinin nəticələrinə əsaslanaraq müsbət irəliləyiş əldə olunub.

Əl-Ənsari əlavə edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

"İranın keçmiş ali liderinin vəfatı ilə əlaqədar matəm tədbirləri başa çatdıqdan dərhal sonra növbəti görüşün vaxtı müəyyən ediləcək", - deyə o bildirib.

Qətər ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti