"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək

"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək

Tarix: 02 Jul 2026 16:05

ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək.

Bu barədə "Al Arabiya" telekanalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tehrana İrana məxsus dondurulmuş maliyyə vəsaitləri ilə bağlı hər hansı irəliləyişin yalnız ölkənin qarşılıqlı anlaşma memorandumunun şərtlərinə tam əməl etməsindən və bunun praktik addımlarla təsdiqlənməsindən asılı olacağı bildirilib. Bu şərtlərə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı öhdəliklər də daxildir.

Eyni zamanda İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı bəyan edib ki, ABŞ-ın Hörmüz boğazının hava məkanında hərbi mövcudluğunu davam etdirməsi regional təhlükəsizliyə təhdid yaradır.

Komandanlıq xəbərdarlıq edib ki, ABŞ-ın Hörmüz boğazına hər hansı müdaxiləsi sürətli və qətiyyətli cavabla qarşılanacaq.

Bəyanatda əlavə olunub ki, "bütün gəmilər boğazdan təhlükəsiz keçid üçün Tehran tərəfindən müəyyən edilmiş dəniz marşrutuna əməl etməyə borcludur”.

İlqar Xudiyev ABŞ-İran danışıqları Hörmüz boğazı Doha İrana məxsus dondurulmuş maliyyə vəsaitləri

Mənbə: apa.az

Xəbər Lenti